Menu

PAŞİNYAN XƏSTƏDİR? - “Həftədə iki dəfə xəstəxanaya gedir”

08.04.2025, 13:00
PAŞİNYAN XƏSTƏDİR? - “Həftədə iki dəfə xəstəxanaya gedir”

Erməni mətbuatında Ermənistan Baş naziri Nikol Paşinyanın səhhətinin pisləşməsi və buna görə xəstəxanaya getməsi ilə bağlı məlumatlar yayılıb.

“AzPolitika” xəbər verir ki, yayılan xəbərlərə cavab olaraq hökumət açıqalma yayıb. Məlumatda Paşinyanın xəstəxanaya getdiyi təsdiqlənib. Qeyd olunub ki, Baş nazir vaxtaşırı müayinələrdən keçir və son müayinəsi ötən həftə keçirilib.

Ermənistanın “Hraparak” qəzeti isə Paşinyanın baş çəkdiyi Nairi Tibb Mərkəzindəki mənbələrə istinadla yazır ki, Paşinyan son aylar ərzində həftədə iki dəfə xəstəxanaya gedir və reabilitasiya sistemləri alır. Həmin günlərdə xəstəxananın işi iflic olur, hətta demək olar ki, tam dayanır: ”VİP xəstəyə xidmət göstərilməyənə və müalicə olunmayana qədər tibb mərkəzinin normal fəaliyyəti bərpa olunmayacaq”. Bununla yanaşı, Paşinyanın konkret olaraq hansı xəstəlikdən əziyyət çəkdiyi deyilmir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol