Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Sırski bəyan edib ki, ruslar artıq Sumı və Xarkov vilayətlərinə hücuma başlayıblar.
“AzPolitika” xəbər verir ki, “Lb.ua”-ya müsahibəsində Sırski bundan öncə Volodimir Zelenskinin sözügedən hücumla bağlı bəyanatını təsdiqləyib: “Mən deyə bilərəm ki, prezident tamamilə haqlıdır və bu hücum faktiki olaraq artıq başlayıb”.
Onun sözlərinə görə, bunu, xüsusən, artıq bir həftəyə yaxındır ki, düşmənin bütün əsas istiqamətlərdə hücum hərəkətlərinin sayının demək olar, iki dəfə artması sübut edir.
Prezident Volodimir Zelenski Parisdə Avropa liderlərinin Ukraynaya dəstək üzrə görüşü zamanı deyib ki, Ukrayna kəşfiyyatının məlumatları Rusiyanın Sumı, Xarkov və Zaporojye vilayətlərinə yeni hücumlara hazırlaşdığını göstərir: “Bizim kəşfiyyatımıza görə, Rusiya Sumı, Xarkov və Zaporojye bölgələrinə yeni hücumlara hazırlaşır. Rusiya vaxt qazanmaq üçün ABŞ-ni saxta “şərtlər”lə bağlı sonsuz mənasız müzakirələrə sürükləməyə, sonra isə daha da çox torpaq ələ keçirməyə çalışır”.
“AzPolitika.info”


Şərhlər