Menu

"Rusiya Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti izləyir" - Rəsmi Moskva

09.04.2025, 13:52
"Rusiya Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti izləyir" - Rəsmi Moskva

Rusiya Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti izləyir.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

O, Bakı və İrəvanı təmkinli olmağa, deeskalasiya ilə bağlı addımlar atmağa, gərginliyə gətirib çıxaracaq hər hansı fəaliyyətdən qaçmağa çağırıb: “Bütün zəruri məsələlər yalnız sülh, siyasi və diplomatik yollarla həll edilməlidir”.

Zaxarova vurğulayıb ki, Rusiya Federasiyası sülh müqaviləsinin imzalanması üçün qalan ziddiyyətlərin aradan qaldırılmasında, habelə Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında üçtərəfli razılaşmalara uyğun olaraq nəqliyyat kommunikasiyalarının açılmasında, sərhədlərin delimitasiyasında və humanitar məsələlərin həllində tərəfdaşlarına kömək etməyə hazırdır.

Şərhlər

Kremldən Real güney görüntüsü 2025-04-09 14:10:45

Ermənistan yeni missiya və hazırlığı ilə artıq Avropa və *QƏRB*idir? Qonşuların sərhədlərin hasarlanması adekvat şək-şübhəsiz və təmənnasiz real-münasibət deyilmi?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol