Avropa Komissiyası bu gün bəyan edib ki, Avropa İttifaqının (AI) ABŞ-nin yeni tariflərinə cavab tədbirləri aprelin 15-dən tətbiq olunacaq.
Bu cür tədbirlərin birinci paketinə soya, motosiklet və kosmetika daxil olmaqla, dəyəri 20 milyard avrodan çox olan ABŞ məhsullarına 25% rüsum daxildir.
Paketi 26 Aİ ölkəsi bəyənib, yalnız Macarıstan əleyhinə səs verib.
Qərb mediası yazır ki, rüsum tətbiq edilən malların siyahısı ABŞ-nin Respublikaçılar Partiyasının nəzarətində olan ştatlarına yönəlib.
Eyni zamanda, Brüssel Vaşinqtonla məqbul razılığa gələ bilsə, yeni tarifləri ləğv edəcəyini açıqlayıb.
Donald Trampın sərəncamı ilə aprelin 5-dən etibarən Amerika rüsumlarının 10%-lik baza dərəcəsi demək olar ki, bütün ölkələr (Rusiya və ABŞ-ın sanksiyaları altında olan bir sıra digər ölkələr istisna olmaqla) üçün qüvvəyə minib.
Aprelin 9-dan etibarən Asiya və Avropa İttifaqının bir çox ölkələri üçün 10%-dən çox əlavə rüsumlar qüvvədədir.
“AzPolitika.info”


Şərhlər