Menu

Himalay Məmişova iki 35 yaşlı müşavir təyin olundu - FOTOLAR

09.04.2025, 20:36
Himalay Məmişova iki 35 yaşlı müşavir təyin olundu - FOTOLAR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyəti sədrinə iki müşavir təyin olunub.

"AzPolitika"-nın "qaynarinfo"-ya istinadən verdiyi məlumata görə, Məmmədzadə Tural Sədrəddin oğlu və Səmədov Orxan Pənah oğlu Himalay Məmişovun müşaviri təyin ediliblər.

Qeyd edək ki, 1990-cı il təvəllüdlü Tural Məmmədzadə 2023-cü ilin fevral ayından 2025-ci ilin fevral ayınadək Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyəti sədrinin köməkçisi, 1990-cı il təvəllüdlü Orxan Səmədov 2022-2025-ci illərdə isə DSMF-nın Mühasibat uçotu departamentinin müdir müavini vəzifəsində çalışıb.

Tural Məmmədzadə

Orxan Səmədov 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol