Menu

“ABŞ Netanyahunu bir çərçivəyə salmalıdır” - "Bizə hücum etməyən heç bir ölkəyə hücum etməyəcəyik”

10.04.2025, 11:09
“ABŞ Netanyahunu bir çərçivəyə salmalıdır” - "Bizə hücum etməyən heç bir ölkəyə hücum etməyəcəyik”

“Biz Suriyada İsrail də daxil olmaqla heç bir başqa ölkə ilə münaqişəyə girmək istəmirik. Bizə hücum etməyən heç bir ölkəyə hücum etməyəcəyik”.

“AzPolitika” xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan “CNN Türk”-də yayımlanan televiziya proqramında danışarkən deyib.

Fidan ABŞ Prezidenti Donald Trampa da çağırış edərək, “ABŞ Netanyahuya düzəliş etməli və onu bir çərçivə daxilinə salmalıdır”, - deyə bildirib.

Fidan qeyd edib ki, İsrailin bölgədəki genişlənmə ambisiyalarından istifadə edərək Suriyada təxribatlar yaratmağa çalışması qəbuledilməzdir:“Suriyalıların bununla bağlı mövqeyi var. Bir daha deyirəm, Türkiyə olaraq bizim Suriyada təkcə İsraillə deyil, bölgədəki heç bir ölkə ilə döyüşmək niyyətimiz yoxdur. Suriyada Türkiyənin milli təhlükəsizliyini təhdid edəcək bir əməliyyata, daxili qarışıqlığa baxmaqla kifayətlənməyəcəyik. Həmişə dediyimiz kimi, İsrailin hazırda həyata keçirdiyi əməliyyatlar nə Suriyanın təhlükəsizliyinə, nə də İsrailin təhlükəsizliyinə xidmət edir. Bu, uzunmüddətli perspektivdə Yaxın Şərqdə daha çox qeyri-sabitlik və etibarsızlığa səbəb olacaq. Ona görə də Türkiyə olaraq bu problemi hələ başlamamış, aktiv, diplomatik və digər tədbirlərlə müəyyən bir nöqtədə söndürməliyik”.

“AzPolitika.info”

Şərhlər

B.Qarabağlı 2025-04-10 11:46:04

2ci dünya müharibəsindən sonrakı Beynəlxalq (dünyəvi) Sülh prinsiplərini-nizamını pozan məşəl Yaxın Şərqdən İsrailin Fələstinə Hərbi təcavüzü deyilmi? Kremlin çoxdan buuraxdığı Sosializmin Baş Rəqibi kimi ABŞ dövləti, Senatı, Konqresi hələ də zonaya milyardlarla dəyərində hərbi silahlar göndərib silməklə sadəcə münaqişələri qızışdırmış olmur, ilk növbədə dünyəvi-işğüzar ABŞ vətəndaşlarını aldatmış olur?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol