Menu

77 YAŞINDA TƏQAÜDƏ GÖNDƏRİLDİ - Yerinə Xanlar Vəliyev gətirildi (Yenilənib)

11.04.2025, 20:21
77 YAŞINDA TƏQAÜDƏ GÖNDƏRİLDİ  - Yerinə Xanlar Vəliyev gətirildi (Yenilənib)

Milli Məclisin bu gün keçirilən iclasında Xanlar Vəliyevin Konstitusiya Məhkəməsinin hakimi təyin olunması ilə bağlı məsələ müzakirə edilib.

“AzPolitika” xəbər verir ki, məsələ səsverməyə qoyularaq qəbul edilib və Xanlar Vəliyev Konstitusiya Məhkəməsinin hakimi təyin edilib.

Daha sonra Xanlar Vəliyev and içib: “Konstitusiya Məhkəməsinə hakim təyin olunmağımla bağlı Milli Məclisə müraciət etdiyinə görə möhtərəm Prezidentə dərin minnətdarlığımı bildirirəm.

Eyni zamanda, sədr və millət vəkillərinə mənim bu vəzifəyə seçilməyimlə bağlı səs verdiklərinə görə təşəkkürümü bildirirəm.

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin hakimi səlahiyyətlərini şərəf və vicdanla yerinə yetirəcəyimə, Azərbaycan Respublikası Konstitusiyasının aliliyini qoruyacağıma, məsələləri müstəqil, qərəzsiz və ədalətlə həll edəcəyimə and içirəm”.

Qeyd edək ki, 2005-ci ildən Azərbaycanın hərbi prokuroru olan Xanlar Vəliyev aprelin 8-də təqaüdə göndərilib. O, bir gün əvvəl təqaüdə yola salınan  Konstitusiya Məhkəməsinin hakimi Rafael Qvaladzeni əvəzləyib. 

***

Konstitusiya Məhkəməsinin hakimi Rafael Qvaladze təqaüdə yola salınıb. "Report"un əldə etdiyi məlumata görə, təqaüdə yola salınmasına səbəb Rafael Qvaladzenin son yaş həddinə çatması ilə bağlıdır.

Xatırladaq ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev Rafael Qvaladzeni "Vətənə xidmətə görə” ordeni ilə təltif edib.

Qeyd edək ki, R.Qvaladze 1948-ci il yanvarın 1-də Gürcüstanın Laqodexi şəhərində anadan olub. 1971-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Həmin il Ali Məhkəmədə əmək fəaliyyətinə başlayıb, 1998-ci ilədək baş məsləhətçi, şöbə rəisi, hakim işləyib, eyni zamanda prokurorluq və ədliyyə orqanlarında müxtəlif vəzifələrdə çalışıb.

O, 1998-ci il iyulun 14-də Konstitusiya Məhkəməsinin hakimi təyin olunub.

Xatırladaq ki, Milli Məclisin aprelin 11-ə təyin olunan iclasının gündəliyinə keçmiş hərbi prokuror Xanlar Vəliyevin Konstitusiya Məhkəməsinə hakim təyin edlməsi ilə bağlı məsələ daxil edilib.

Qeyd edək ki, Qvaladzenin yerinə  Hərbi prokuror kimi səlahiyyət müddəti başa çatan Xanlar Vəliyev Konstitusiya Məhkəməsinin hakimi təyin olunacağı gözlənilir. Bununla bağlı  dünən "Azpolitika" məlumat vermişdi. Məsələ Milli Məclisin sabahkı iclasının gündəliyə daxil edilib.

Sabah parlamentdə ümumilikdə 22 məsələ müzakirə olunacaq.

Qeyd edək ki, Konstitusiya Məhkəməsinin hakimləri Azərbaycan Prezidentinin təqdimatı ilə Milli Məclis tərəfindən təyin olunur.

"AzPolitika.info"

Şərhlər

Şəkili 2025-04-13 20:37:10

Şəki İcra Hakimiyyətinin 28 il Birinci müavin həsən Həsənovun 70 yaşı tamam oldu....? Müəllimin 65-yaşı bitən kimi işdən azad edirlər... 28 il bir vəzifədə işləmək ......?

əsgər 2025-04-13 08:52:34

Tər tər hadisələrində əsasən Azəbaycani türkləri məhv edilib

Eli 2025-04-12 14:16:54

Bu "Terter işi "adlanan mesele düzgün aparılsa idi Prezident tekrar bu işin yeniden deqiq aparılması üçğn elave gösteriş vermeddi Neçe il keçib bu tapşırıqdan kakin işin gedişatı barede ictimaiyyete heç bir etraflı melumat verilmeyib ve beke getse heç verilmeyecek de.Çü ki nöqsan buraxan memurlar bu gün de vezifelerdedir ker ce onlar bu işin açılmasına imkan vermezler konkret.

Sabir 2025-04-12 12:23:33

X.Vəliyevi çoxdan işdən qovmaq və .... vacib idi.Amma bizdə belələrinə medal verilir,məhkəməyə hakim göndərilir.Bu hansı ağılla məhkəmədə hakimlik edə bilər?Bunu niyə düşünən yoxdur! elə qardaşı da bunun tayı idi.

Tahir 2025-04-11 22:57:01

Allah xeyir verməsin. Burnunun iki dediyindən gəlsin.

Eli 2025-04-11 17:20:05

Niye bizim hörnetli milletimşzin hörmetli vekilleri niye Xanlar beye "Terter işine@ aid sullar vermediker yeni bu Milli meclisde bşr nefer de olsun bu milletin nünatendesi yıxdyr .Axı bu nahaqq qanlar yerde qalmatacaq.Gelin 1- ci 10 milliona qullyq edek 5-3 -,e yox.Gelin kişi olaq axı bşz şalvar geiyirik biz axı bu milletik.Ölüm olsn Cellad terefinde duranlara.

Eldeniz 2025-04-10 23:30:55

Bizim memurlar olene qeder isleyirler bunu ne ise cox tez cixartdilar teqaude ..

ƏNHU 2025-04-10 22:54:25

Biz millət olaraq bütün haqsızlıqları görürük, üzdə dinməsək də qəlbimiz sizə qarğışlar yağdırır.

Dövlətini sevən 2025-04-10 16:23:38

Ölkədə yaş həddi hamıya şamil olunmalıdır. Kimin arxası var ona yaş həddi şamil olunmur, kimin ki, adamı yoxdur ona yaş həddfi şamil olunaraq işdən azad olunur. Belə hallar ölkəmizdə sosial narazılıqların yaranmasına gətirib çıxarır. Həm onlar həddindən artıq pensiya ilə təmin olunurlar, təqribən 3-5 min manat və bir də yüksək maaşlı işlə təmin olunurar. Milli Məclis belə hallar son qoymalıdır !

Vahid 2025-04-10 14:48:04

Qvaladze adında bu adamın adını xalq ilk defe eşidir.Çoox teessüf.

Vətəndaş 2025-04-10 14:36:29

Qvaladze gürcü deyil?O Azərbaycanın Kontituiya məhkəməsində ne qayırıb? Guya o qocalıb.Guya yerinə gətirdiyiniz cavandır? Bu oyunbazlıqlardan yorulmadınız?....O Konstitusiya məhkəməsində hansı işə yarayacaq.O həbs olunmalıdır!....

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol