Çeçenistan başçısı Ramzan Kadırov hakimiyyətə qarşı qalxmaq istəyən çeçenlərin “gözünü qırmaq” üçün növbəti dəhşətli addım atıb.
“AzPolitika” Rusiya mediasına istinadla xəbər verir ki, Çeçenistanda yol polisinə hücum etdiyi deyilən 17 yaşlı oğlanın meyiti mərkəzi meydana gətirilərək, yerə atılıb və yerli sakinlərə nümayiş etdirilib.
Bu barədə sosial şəbəkələrdə yayımlanan videolar dəhşətlə qarşılanıb. Meyit xeyli müddət küçədən yığışdırılmayıb və büdcə təşkilatlarının işçiləri zorla meydana gətirilib. Eləcə də meydana yeniyetmənin yaxınları, qohum-əqrəbası toplaşıb.
Söhbət 17 yaşlı Eskerhan Xumaşevdən gedir. Onun aprelin 7-də Açxoy-Martanda Axmat Kadırov küçəsində yerləşən keçid məntəqəsində bıçaqla polis əməkdaşlarına hücum etdiyi, nəticədə polislərdən birinin xəstəxanada öldüyü deyilir. Cavab atəşi ilə Xumaşev öldürülüb.
Yeniyetmənin meyiti Açxoy-Martan bələdiyyəsinin administrasiyası yaxınlığında da insanlara göstərilib. Heç bir qanunda nəzərdə tutulmayan bu davranış böyük hiddətlə qarşılansa da, əhali hər hansı etiraz bildirmək iqtidarında deyil…
Ramzan Kadırov təhlükəsizlik orqanlarının rəhbərləri ilə görüşdə iddia edib ki, guya yeniyetmənin hücumu Ukrayna tərəfindən təşkil olunub. O deyib ki, baş verən hadisəyə görə yeniyetmənin yaxınları cavab verməli, hətta onların əmlakları müsadirə olunmalı, özləri Çeçenistandan qovulmalıdır.
VİDEO linkdə: https://www.facebook.com/reel/2119288985236589
“AzPolitika.info”


Şərhlər
Bu orta əsr feodal davranışıdır. Bu insanlığın mutasiyaya uğrayışıdır. Belə çeçenlik, belə müsəlmanlıq, belə insanlıq olmaz. Bir yeniyetmənin meyidini meydanda anasının gözü önünə sərib həqarətə məruz qoymaq kişi işi, prezident işi deyil. Ramzan deyilən mutant qurduğu bu mərəkə ilə bütün insanlığı aşağıladı. Bu mağara adamı dabanını yaladığı ağalarının məsləhəti ilə Çeçen dövlətinin bütün güc strukturlarını ailəsinin şəxsi girovuna çevirdi. Durmaq bilməyən bu quduz yiyəsiz qalmış xalqa olmazın zülmünü yaşadır. Qəhrəman çeçen milləti daha hamının tanıdığı-bildiyi millət deyil. Onlar Kadırovların pəncəsində öz əzəli kimlik və keyfiyyətlərini itirmiş bir köləyə çevriliblər. Bunları eşitmək çətin və üzücü olsa da həqiqətdir. Kadırov bu mərd milləti rüsvay efdi. Onları rusların və ailəsinin quluna çevirdi. Bu qırmızısaqqal gədəyə faciəli və alçaldıcı, eyni zamanda dünyaya görk olan bir ölüm arzulayıram.
Mence Çeçen xalqı bu "Milli qehramandan" azad olmaq üçün bir tedbir görmek haqqında düşüner mence yoxsa rusa qullyq ede ede milletinin minir.