Menu

AYB-nin şair İlham Qəhrəmana qarşı iddiası üzrə məhkəmə başlayıb

10.04.2025, 18:04
AYB-nin şair İlham Qəhrəmana qarşı iddiası üzrə məhkəmə başlayıb

Azərbaycan Yazıçılar Birliyinin (AYB) şair İlham Qəhrəmana qarşı mülki ddiası üzrə məhkəmə başlayıb.

APA xəbər verir ki, bu gün Sabunçu rayon Məhkəməsində hakim Şəbnur Qədirovanın sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib. İclasda anket məlumatları dəqiqləşdirilib.

İddia məhkəmə baxışına verilib. Proses mayın 15-də davam etdiriləcək.

Qeyd edək ki, AYB şair İlham Qəhrəmanın mənzil bölgüsündə haqsızlığa məruz qalması ilə bağlı irəli sürdüyü iddalarla bağlı məhkəməyə müraciət edib. AYB qarşı tərəfin həm üzr istəməsini, həm də maddi təzminat olaraq 5000 manat ödəməsini tələb edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol