Rus valyutası dollara qarşı sürətlə aşağı düşür və yeni rekordlar müəyyənləşdirir. Əbəttə ki, bunun da özünəməxsus problemləri var.
1.) Nəyə görə Rusiya valyutasının zəifləməsi bizi narahat etməlidir?
Sürətlə aşağıya düşən Rusiya rublu ölkə iqtisadiyyatını xaosa sürükləyir və eyni zamanda, ümumən bütün dünya iqtisadiyyatının da sabitliyinə xələl gətirir. 1998-ci ildə Rusiyada defolt elan olunanda, bu bir çox inkişaf etmiş ölkələrin maliyyə böhranı keçirməsinə yol açmışdı. Hələlik, Rusiyanın problemləri ölkə kənarına çıxmayıb. Amma vəziyyət dəyişə bilər və ona görə də, Rusiya ilə çox sıx bağlılığa malik olan Belorus və Qazaxıstanda narahatlıq başlayıb.
2.) Bu, Putin üçün nə deməkdir?
Hələlik tam bəlli deyil. Əlbəttə ki, rublun aşağı doğru yuvarlanması şübhəsiz ki, Putinə qarşıdır. Lakin iş orasındadır ki, ruslar bundan da pis günlər görüb. 1998-ci ildəki defolt zamanı xeyli sayda vətəndaş əmənatlərini itirmişdi. Sovet İttifaqının son illərində isə hətta ən ümdə təlabat malları da tapılmırdı. Ona görə də, ruslar məhrumiyyət və əzab çəkmək sınağına adət ediblər. Digər tərəfdən isə, Rusiya Dövlət Televiziyası öz vətəndaşlarını inandırmaq istəyir ki, bütün bu çətinliklər Qərblə mübarizəyə xidmər göstərir. Putinin reytinqi hələlik yüksəkdir. Amma indi o, Ukraynaya qarşı olan ambisiyalarını tamamilə bir kənara qoymalıdır.
3.) Bütün bunlar neftləmi bağlıdır?
Əksər analitiklər yada salaraq iddia edirlər ki, 1999-cu ilin sonunda Putin hakimiyyətə gələn zaman, onun yaxşıca bəxti gətirmişdi. Putin hakimiyyəti, neftin qiymətinin tədricən də olsa yüksəlişə keçdiyi dövrdə əlinə ğötürmüşdü və elə məhz bu səbəbdən də o, iqtisadiyyata pul buraxmağa başladı və xalqla da özünə məxsus tərzdə sövdələşməyə getdi. Yəni, siyasətlə maraqlanmayacaqları şərti ilə vətəndaşların rifahı üçün pul xərcləndi. İndi həmin pulların mənbəyi olan neftin qiymətləri düşür.
4.) Deməli, tətbiq olunan sanksiyalar işləyir?
Təbii ki,sanksiyalar öz işini görür. Lakin hər hansı rəqəmlər barəsində danışmaq indi çox çətindir. Sanksiyalar tədricən təsir göstərir. Rusiya mart ayında Krımı ilhaq etdiyi zaman, tətbiq olunan sanksiyalar iqtisadiyyata qarşı deyil, Putinin yaxın ətrafına məxsus şəxslərin kapitalına qarşı yönəlmışdi. Daha sərt tədbirlər iyul ayında şərqi Ukrayna səmasında “MH17” nömrəli reyslə uçan “Malaysia Airlines” şırkətinə məxsus sərnişin təyyarəsinin vurulmasından sonra həyata keçirilməyə başladı. Rusiyanın iri banklarının Qərbdən dollarla kredit götürməyinə qadağa qoyulub. Bu isə Rusiya iqtisadiyyatının digər sahələrinin vəziyyətini də çətinləşdirir. Dünyanın aparıcı sərmayə şirkətləri sanksiyalar üzündən Rusiya ilə əməkdaşlıq edə bilmirlər. İqtisadi vəziyyətin çətinləşməsi bundan sonrakı siyasi vəziyyətin də necə ola biləcəyini tam şəkildə qeyri-müəyyən edir.
5.) Bu o deməkdirmi ki, Putin Ukraynanın işlərinə müdaxilə etməkdən əl çəkəcək?

“The Washington Post”

Şərhlər