Menu

Trampın daha bir əməlinin üstü açıldı – 6 min şəxsi belə qovmağı planlayıbmış

11.04.2025, 15:32
Trampın daha bir əməlinin üstü açıldı – 6 min şəxsi belə qovmağı planlayıbmış

Donald Tramp administrasiyası ABŞ-də qeyri-qanuni miqrantların ölkələrinə qayıtmasını təmin etmək üçün yeni addımlar atır.

“Washington Post” qəzetinin adı açıqlanmayan dörd mənbəyə əsaslanan xəbərinə görə, administrasiya qeydlərdə 6 mindən çox mühaciri ölü kimi göstərməyə və Trampın immiqrasiya siyasəti ilə bağlı sosial hüquqlarını məhdudlaşdırmağa çalışıb.

Şəxsiyyətini açıqlamayan Ağ Ev rəsmisi bu şəxslərin hamısının cinayət keçmişi olduğunu və ya terror fəaliyyətləri ilə əlaqəli olduğunu, bəzi adların Federal Təhqiqat Bürosunun (FTB) izləmə siyahısında olduğunu bildirib.

Bu şəxslərin hansı meyarlara görə seçildiyi barədə hələ heç bir məlumat paylaşılmayıb. Sosial Müdafiə İdarəsi (SSA) da mövzu ilə bağlı açıqlama verməyib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol