Menu

“Onların nüvə silahı ola bilməz” - Tramp

12.04.2025, 13:28
“Onların nüvə silahı ola bilməz” - Tramp

“İstəyirəm ki, onların nüvə silahı olmasın, İranın gözəl, böyük, xoşbəxt ölkə olmasını istəyirəm, amma onların nüvə silahı ola bilməz”. 

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

Tramp bundan əvvəl İrana nüvə imkanlarını azaltmağı və ya nüvə proqramını tamamilə ləğv etməyi nəzərdə tutan sazişi qəbul etmək üçün iki ay vaxt vermişdi.

İran və ABŞ şənbə günü yeni nüvə sazişinin imzalanması üçün danışıqlara başlayırlar. Omandakı görüş İran və Amerika rəsmiləri arasında son on ildə ilk birbaşa danışıqlar ola bilər, baxmayaraq ki, İran bunun birbaşa deyil, iki ölkə arasında vasitəçilərin iştirakı ilə ola biləcəyini bəyan edir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol