Azərbaycan Beynəlxalq Universitetinin (ABU) keçmiş rektoru Elşad Abdullayev Baş Prokurorluğun İstintaq İdarəsinə çağırılıb.
Bu barədə Baş Prokurorluq İTV vasitəsi ilə müraciət ünvanlayıb.
Qeyd olunub ki, Abdullayev Elşad İslam oğlu şəxsiyyətini təsdiq edən sənədlə birlikdə 5 may 2025-ci il tarixdə, saat 10:00-da Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül yaşayış sahəsi, 21-ci Dağlıq küçəsi, 3105-ci məhəllə ünvanında yerləşən Azərbaycan Baş Prokurorluğunun İstintaq idarəsinin inzibati binasına gəlməlidir.
Bildirilib ki, 01 sentyabr 2024-cü il tarixdə Abdullayev Elşad İslam oğluna Azərbaycan RespublikasıCinayət Məcəlləsinin 137.5.1, 137.5.2, 137.5.3, 213.2.2, 308.2, 311.3.1, 311.3.2, 311.3.3 və 29, 312.2-ci maddələri ilə yenidən ittiham elan edilməsi haqqında qərar qəbul edilmiş, lakin o, Azərbaycan Respublikası hüdudlarından kənarda olduğundan ona ittiham elan etmək mümkün olmayıb.


Şərhlər
Cənab Baş Prokuror! A R Cinayət Məcəlləsinin 20 maddəsi tövsif olunan eldar mahmudovun prokurorluğa çağrılmasına, barəsində cinayət işi aılmasına kim və nə mane olur??????
Vallah bu Elşad kimi "Canavar professorların" heç bir günahı yoxdur.Günah bele öilli düşmenlere lersit yaradanlardadır ki onlar da bununka beraber müttehimler kğesüsünde oturmalıdırlar,eger işe obyektiv baxılsa..
Azerbaycanda tehsilin dehşetli veziyyetden tam çıxa bilmenesşnşn esas sebeblerinden biri de 90- cı illerde bu ve bunaoxşarkimilere lazımı şersit yaradılması olub indi de hüquq mühafize orqanları "Professrları" cinayetkar kimi axtarışa verirler .Bı sadece Milli Faciedir bsşa düşen üçğn tebii ki.Buna şerait taradanlar da mence en yüksek ceza almalıdırlar.