Almaniyanın yeni kansleri olmağa hazırlaşan Fridrix Merz Ukraynaya “Taurus” raketlərini göndərməyə hazır olduğunu açıqlayıb.
O, Rusiyanın Ukraynanın şərqindəki Sumi şəhərinə ölümcül aviazərbəsini müharibə cinayəti kimi qiymətləndirib.
“Ukrayna müharibədə təşəbbüsü ələ almalıdır” deyən Merz buna yalnız güclü və koordinasiyalı hərbi dəstəklə nail oluna biləcəyini əlavə edib.
“Avropalı tərəfdaşlarımız artıq qanadlı raketlər göndərir. İngilislər onları göndərir. Fransızlar göndərir. Amerikalılar artıq göndərir. Bu daşınmalara ortaq qərar verilməlidir. Belə bir qərar olarsa, Almaniya da bu qərara daxil edilməlidir”, - deyə o, qeyd edib.
Qeyd edək ki, 500 kilometrdən çox məsafə və zirehli deşici döyüş başlığı daşıya bilən “Taurus” raketləri körpü və sığınacaq kimi hədəfləri məhv etmə gücün sahibdir.
“AzPolitika.info”


Şərhlər
Yeni Kansler, BMT və bütün güclü dünya liderləri bütün müharibə və hərbi təcavüzlərin operativ-təxirə salınmadan 9 May tarixinə durması qətiyyətinə gəlməlidirlər?! 1 iyul 2025 tarixini də şüurlu Yer üzü aləmi ilə Son Müharibə_Hərb Günü bəyan etmək gərək!