Menu

“Çin ABŞ-ni məhv etmək üçün xüsusi hazırlanmış ordu yaradır” – Pentaqon rəhbəri

14.04.2025, 16:23
“Çin ABŞ-ni məhv etmək üçün xüsusi hazırlanmış ordu yaradır” – Pentaqon rəhbəri

Çinin hipersəs raketləri ABŞ-nin bütün təyyarədaşıyan gəmilərini cəmi 20 dəqiqə ərzində məhv edə bilər.

“AzPolitika” xəbər verir ki, bunu ABŞ-nin müdafiə naziri Pit Heqset deyib.

“Hazırda bütün güc platformamız təyyarə daşıyıcılarıdır. Çinin 15 hipersəs raketi münaqişənin ilk 20 dəqiqəsində 10 təyyarədaşıyanı məhvedə bilər”, - deyə Heqset bildirib.

O, qeyd edib ki, ABŞ Pentaqonun keçirdiyi hər ordu yarışında Çinə məğlub olur.

Heqset iddia edib ki, Çin ABŞ-ni məhv etmək üçün xüsusi hazırlanmış ordu yaradır.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol