Avropa İttifaqı (Aİ) İrana qarşı yeni sanksiyalar tətbiq edib.
Aİ bu gün keçirilən iclasda İranda ciddi insan haqları pozuntularına, o cümlədən məhkəmə sistemindən əsassız həbslər üçün alət kimi istifadə edilməsinə görə məsul olan yeddi şəxs və iki təşkilata qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq etmək qərarına gəlib.
Belə ki, Fars əyalətindəki Şiraz Mərkəzi Həbsxanası, Şiraz İnqilab Məhkəməsinin Birinci Şöbəsi, Evin Həbsxanasının müdiri Fərzadi Hidayətullah, Fars zindanlarının Mühafizə və Kəşfiyyat İdarəsinin direktoru Mehdi Neməti, həmçinin beş ədliyyə üzvü sanksiya dairəsinə daxil edilib.
Sanksiyalara səyahət qadağaları, fiziki şəxslərin və ya təşkilatların aktivlərinin dondurulması və onlara pul köçürmələrinin qadağan edilməsi daxildir.
Qeyd edək ki, Aİ İranda ümumilikdə 232 şəxs və 44 təşkilata qarşı sanksiya tətbiq edir.
“AzPolitika.info”


Şərhlər