Prezident İlham Əliyevin 23 dekabr 2024-cü il tarixli “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” sərəncamının bir hissəsi hələ də icra olunmayıb. Prezident, müavinət və təqaüdlərin artırılması ilə bağlı Nazirlər Kabinetinə 3 ay ərzində təkliflər hazırlayıb təqdim etməyi tapşırmışdı. Amma bu tarixdən bir aya yaxın vaxt keçib, hələ də müvafiq qərar qəbul edilməyib.
Yaxın günlərdə təqaüdlər və müavinətlərin artırılması ilə bağlı addımlar atıla bilərmi?
Milli Məclisin deputatı, iqtisadçı alim Əli Məsimli “AzPolitika”ya açıqlamasında bildirib ki, sözügedən sərəncamda yalnız minimum əməkhaqqı və pensiya deyil, həmçinin sosial müavinətlərin və təqaüdlərin də artırılması nəzərdə tutulub.
Onun sözlərinə görə, həmin sərəncamda Nazirlər Kabinetinə 3 ay müddətində, yəni ən geci martın 23-dək sosial müavinətlərin və təqaüdlərin artırılması ilə bağlı təkliflərini Azərbaycan Prezidentinə təqdim etməsi tapşırılmışdı: “Məsələyə həmin sərəncamın minimum əməkhaqqı və minimum pensiya ilə bağlı hissələrinin vaxtında reallaşdırılması məntiqindən yanaşsaq, sosial müavinətlərin və təqaüdlərin artırılması məsələsi aprel ayında yekunlaşdırılmalıdır. Əgər bu ay reallaşdırılmasa, onda növbəti aylara qalacaq və konkret nə vaxt reallaşacağını söyləmək çətindir.
Məlumdur ki, 2019-cu ildən müharibə veteranlarımıza kommunal xərclərin ödənilməsi məqsədilə “veteran pulu” deyilən 80 manatlıq müavinət verilir. 2019-cu ildən bu yana həmin xərclər xeyli artıb. Əgər kommunal xərclər artıbsa, həmin müavinətin də müvafiq nisbətdə artırılması məntiqə uyğundur. Ona görə də hələ keçən ilin yayında biz bu məsələlər ətrafında Milli Məclisdə çıxış edərkən “veteran pulu” adlandırılan, müharibə veteranlarına verilən xüsusi Prezident təqaüdünün azı 2 dəfə artırılıb 80 manatdan 160 manata çatdırılmasını təklif etmişdik.”
Ə. Məsimli xatırladır ki, hazırda “qocalıq pensiyası” adlandırılan yaşa görə müavinət 220 manatdır.
Millət vəkili vurğulayıb ki, bu məbləğ 2025-ci ildən tətbiq olunan minimum pensiya göstəricisindən 100 manat və ya 45 faiz, ölkə üzrə yaşayış minimumundan isə 65 manat və ya 30 faiz azdır: “Biz Milli Məclisdə bu barədə çıxış edərkən yaşa görə müavinət alanların ağır vəziyyətini nəzərə alaraq, həmin məbləğin yaşayış minimumu ilə əlaqəli şəkildə artırılmasını təklif etmişdik. Məsələn, bu il üçün yaşa görə müavinət ölkə üzrə yaşayış minimumu kimi müəyyən edilən 285 manatdan aşağı olmasın. Amma sözügedən müavinətlərin dediyimiz nisbətdə artacağı barədə əminliklə fikir yürütmək çətindir və hər birinin nə qədər artacağını yalnız sənəd ortaya çıxdıqda biləcəyik.”
Rasim Əliyev
AzPolitika.info

Şərhlər
Bircə dərdim var kaş prezident olaydım
Pulumu verin))
Cənab prezidentin sərəncamına baxmayaraq helede maaşımız qalxmayıb artıq 4ay ötür hər şey qalxıb qaz su işıq pradukt benzin avtobus pulu dolanışıq zəifdir maaş qalxsın inşallah bu millət sevinsin inşallah
Mən deputatlardan və məmurlardan fərqli olaraq hörmətli Rasim müəllimin diqqətinə həqiqəti çatdırmaq istəyirəm. Heç bir artım filan olmayacaq. Məslə ilin axırına qədər fırladılacaq.Axırda da 6 ya 6,1 faiz artım edəcəklər.Onu da hansısa cərimə tətbiqi ilə geri alacaqlar.İndiyə qədər bir milyon beş yüz min dəfə artım olub, amma bizim soyuducu 10 il bundan əvvəl necə idisə bu gün də elədir. İçində heç nə yoxdur. Havayı yerə ğır-ğır eləyib başımızı-beynimizi aparır.
O qeder ayin 23 tarixi ili varki belke o biri mart aylarin deyib insanlari gulunc veziyyetde salirlarki
Pensiya davamiyyeti aylarinin sayini {144} azaldin ve pensiyalari yeniden hesablayin, xalqi, yaribayari aldadirsiniz! Allahiniz olsun!
Yazlanların hamısı do\ru və haqlıdır.Ancaq Mənsimov nə edə vilər ki?Mənsimov antixalq qazanına daxil olmuş məmurdur.Onun işi əl qaldırmaqdır.Əl qaldırmasa növbəti seçkiə kənrda qalaaq və havayı 6-7 min maaşdan məhrum olacaq.Ona görə ondan nəsə yardım istəmək,boş xülyadır.Milli Məclis Milli yox,Prezident Məclisi yazılsa daha doğru olarÇünki Məclis və onun deputatlarının çoxu sanki Milli deyil. Bunu həyat təsdiqləyir.
Vetenin Milletin namusunu düşmenden temizleyen qehreman igidlerin eseb ve heysiyatı ile oynamayın.Gedin əzizlerinizle oynayın, dolaşın. Devletin söz verdiyi 23 tarixi bitdi.özünüzü dolayın, size yaraşır, bize aid deyil, söz verib icra etmemek. Bize yaraşanı biz döyüşde icra etdik. Size yaraşan da Sizin olsun.Her kesin öz adı ve şerefi var.
"...23 dekabr 2004-cü il" deyil, "23 dekabr 2024-cü il" olmalıdır
mənim dayım oğlu həm də bacımın yoldaşı fevralın 25 də rəhmətə getdi fevral ayının veteran pulun vermədilər bu nə dərəcədə düzgündür
Anamin,46il,staji,var,pensiyasi, az,hesablanib
Allah,hamiya komek,olsun.
Görünür ya xalqı sayan hökumət yoxdur ya da ki höküməti sayan qorxan qurum yoxdur belə dövlət olar?
Ay elimizin deputatı sən hələ 80 AZN yaşaya bilərsən hələlik edərək ölkədəki vəziyyətdən xəbərin var ermənistan da veteran bizim pula çevirəndə 300 AZN dən çox alır ay müftə yeyib yatanlar geci tezi Allah bəlanızı verəcək birinizin oğlu döyüşmədi vətən müharibəsibdə
Vetran pulunu yalandan her ay qaldirmaq barede şaye yayamaqdabsa bir defelik legv edin canimiz qurtarsin ne boyuk meseledir muzakire olunur olunur bir helli yolunu tapa bilmir Umuzumuz Allahhdir siz qanicen Memurlar yox
Xalqın güzəranını düşünmək istəməyən,özünü xalqdan ayrısalan hakimiyyətə nə ad vermək olar?Yalnız hakimiyyətə yaxınlara,qarışıq millilərə yüksək maaş,imyiyaz vermək ,sadə insanların yaşamını günü-gündən çətinləşdirən,ölkədə süni bahalığa diqqət yetirməyən,monopolistləri yaradan və mühafizə edən.günbəgün yaradılan bahaçılığa reaksiya verməyən hakimiyyətdən xalq necə narazı qalmasın?
Men ozum vetran olaraq soyleyrem xayis edrem komeklik edin 80m qaldrdin catrib isigi hec odemey olmur
Allah VETERANLARIN HAQQINI YEYƏNLƏRƏ lənət eləsin. Nə çətin iş oldu bu Veteran pulunu qaldırmaq?
Süründürə süründürə hara kimi gedəcək yəqin gözləyirlər qocalar azalsın
Hörmətlli Əli Məsimov ,Prezident sərəncam verir ( 10-il dən çox keçib) sənədsiz evlərə sənəd verilsin icra olunmur ,sərəncam veriirr müavinətlər artırılsın əməl olunmur və heç kəs cəzalanmır .Bunu necə başa düşək ?
Məlumdur ki,deputatlar da müəyyən yaşda,təcrübəli,sahənin veteranıarı seçilir ki,ağıllı qanunlar qəbul edilsin.O zaman qoy belə deputatların da maaşı veteran puluna,yəni 160 manat olsun.Havayı yerə 6-10 min manat maaş alıb gəvəzə-gəvəzə danışan,antixalq qərarlarına vicdan hissi olmadan imza atmasınlar.Azərbaycanın maliyyə imkanlarını oğurlayıb xaricə daşıyan yuxarıdakıları Milli məclis niyə görüb qarşısını almaq düşünmür? Bunun qarşısı alınsa pensiya və müavinətləri 4-5 dəfə qaldırmaq olar.
Ay "ağıllı" deputat! Bu günkü qiymətlərlə 285 manata yaşamaq olar?Ay 30 gün,səhiyyəniz əlçatmaz pullu,günü-gündən süni qiymət artımı. və bu kimi hər yerdə rüşvət və s.yaradılmış şəraitdə 285 manat pensiya.ilə yaşam mümkündürmü?Məclisinizin Milli adı üsstündən götürülməlidir.Niyə xalqa qarşı genosi siyasəti yürüdülür
Gəlir vergisinə yenidən baxilmalidir 300 manata qədər maaşdan vergi tutulmamalıdır.40 il iş stajı olanlar ən azı 3 il tez pensiyaya çıxa bilməlidir