Gecə saatlarından yağan intensiv yağış Bakıda bir sıra yollar və küçələrdə sərnişinlər və avtomobillər üçün problemlər yaradıb.
Səhər saatlarından etibarən bəzi yollarda, xüsusən də "Bağırov" körpüsü yaxınığında tıxaclar yaranıb. Körpünün altında suyun göllənməsi burada hərəkətin məhdudlaşması ilə nəticələnib.
Əraziyə YPX əməkdaşları cəlb olunub. REAL kanalının videorepotrtajını və İctimai.TV-nin videosunu təqdim edirik:
***
Ötən gündən başlayaraq ölkə ərazisində müşahidə olunan qeyri-sabit və yağıntılı hava şəraiti bir sıra fəsadlara yol açıb, bəzi əraziləri su basıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Qeyd olunanlarla bağlı nazirliyin qüvvələri intensiv yağışlarla əlaqədar Bakı və Gəncə şəhərləri, Abşeron rayonunun Xırdalan şəhəri ərazisində su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması, köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirlərinin həyata keçirilməsinə cəlb olunub.
Hazırda Nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Bakı Regional Mərkəzinin qüvvələri tərəfindən bir sıra ünvanlarında əməliyyat davam etdirilir.

Şərhlər
Məmuru vəzifəyə təyin edəndə düşünmürsünüz ki,bu adam bu işi anlamrıbnu işin öhdəsindən gəlmək ağlına,gücünə malikdirmi?Belə uyğunsuz təyinatları etməklə ölkəni niyə dağıdırsınız?...
Gəlin Bakıya bir də bu aspekdən baxaq. Bakının yağmurlu gecələri, açılan sabahları. Yəni, İllərlə xərclənən milyardların, aparılan qruculuq işlərinin möhtəşəm görüntüləri. Hansı ki, bu işlərin icrasına və icraya nəzarətinə də məsul Hökümətdir. Bu da o Hökümətin halı. Bir Yapon iş adamı vaxtl ilə Bakıda olanda deyib ki, Siz bu quruculuqla özünüzə gələcək cəhnnəmi hazırlayırsınız. Təbii ki, bunu bir yaponun deməsinə ehtiyac da yoxdur. Zatən bizlər də bunu bilirik və görürük. Və həmişə də dönə -dönə yazırıq da. Nəticənin olmaması isə, təbii ki mövcud idarə etmə sisteminim köhnəlməsi, hətta deyərdik ki çürüməsi və bu səbəbdən də bütün sahələrdə icraya nəzarət mexanizminin olmamasıdır. O sistem ki, Ölkə Başçısı Özü belə çıxışlarının birində sistemin həqiqətən də köhnəldiyini bir zad dilə gətirmişdir.
Elçisi gülüm olanın başına külüm olar.Bakı Azərbaycanın mərkəzi sayılır.Bu mərkəzə Azərbaycanın 10 milyon əhalisi arasında bir nəfər bacarıqlı Azıərbaycan türkü tapəlmadı ki,.....O da şəhər təsərrüfatını özbaşına buraxıb.İşinin nə olduğu görünmür,Şəhər günü gündən dağılır.Şəhərin heç bir təsərüfatı normal vəziyyətdə deyil və bu sahədə işlər aparılmır.
Bir Yapon iş adamı vaxtl ilə Bakıda olanda deyib ki, Siz bu quruculuqla özünüzə gələcək cəhnnəmi hazırlayırsınız. Təbii ki, bunu bir yaponun deməsinə ehtiyac da yoxdur. Zatən bizlər də bunu bilirik və görürük. Və həmişə də dönə -dönə yazırıq da. Nəticənin olmaması isə, mövcud idarə etmə sisteminim köhnəlməsi, hətta deyərdik ki çürüməsi və bu səbəbdən də bütün sahələrə nəzarət mexanizminin olmamasıdır. O sistem ki, Ölkə Başçısı özü belə çıxışlarının birində sistemin həqiqətən də köhnəldiyini bir zad dilə gətirmişdir.
Baxıb görüb utansınlar kanalizasiya boruları yeyib kiçik ölçülü borularla əvəz edəndə belə olacaq .Maraqlıdır ki hökümət dövlət bu saxtakarlara qarşı niyə tədbir görmür
Bakı bir dəfəlik Xəzər dənizinə tökülsə canımız qurtarar ,Ölkə savadsızlar əlində girinc qalıb ,eşşək palçığa bir dəfə batır ,bizim məmurlar hər gün batır .Bilirlər harada problemlər var ,pul ayrılır yeyilir ,problemlər gün çıxanda yaddan çıxır .Jurnalist həbs etməkdənsə doldurun bunları dama