Menu

28 yaşlı qadın özünü bıçaqlayıb

16.04.2025, 12:20
28 yaşlı qadın özünü bıçaqlayıb

Tərtərdə 28 yaşlı qadın özünə xəsarət yetirib.

APA-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun Kəbirli kəndində qeydə alınıb. 1997-ci il təvəllüdlü N.Əliyevanın özünə bıçaq xəsarəti yetirdiyi deyilir.

Qarın nahiyəsindən xəsarət alan 28 yaşlı qadın yaxınları tərəfindən Tərtər Mərkəzi rayon xəstəxanasına aparılıb. İlkin tibbi yardım göstərildikdən sonra Bərdə Diaqnostika mərkəzinə köçürülüb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol