Menu

İran XİN rəhbəri Xameneinin mesajını Putinə çatdıracaq

16.04.2025, 12:41
İran XİN rəhbəri Xameneinin mesajını Putinə çatdıracaq

İran xarici işlər naziri Abbas Araqçi Moskvaya səfəri zamanı Rusiya Prezidenti Vladimir Putinə İranın Ali Rəhbər Əli Xameneinin mesajını çatdıracaq.

APA xəbər verir ki, bu barədə İran XİN başçısı jurnalistlərə açıqlamasında bildirib.

Araqçi Moskvaya səfəri zamanı Xameneinin Putinə mesajını çatdıracağını bildirib. O, mesajın təfərrüatları barədə ətraflı məlumat verməyib.

O qeyd edib ki, nüvə diplomatiyasını canlandırmaq üçün davam edən səylər fonunda İranın uranı zənginləşdirmək hüququ müzakirə olunmur.

Şərhlər

Eli 2025-04-16 14:11:51

Bu Xomeneyini görende adam azerbaycanlı olmağına nifret edur,insan ne qeder.... xrustian görende ele bil dede babasını görür ...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol