Menu

ABŞ-də məlumat sızıntısı qalmaqalı davam edir - Heqsetin baş müşaviri məzuniyyətə göndərildi

16.04.2025, 15:03
ABŞ-də məlumat sızıntısı qalmaqalı davam edir - Heqsetin baş müşaviri məzuniyyətə göndərildi

ABŞ müdafiə naziri Pit Heqsetin baş müşaviri Den Caldvell informasiya sızması iddiaları ilə bağlı aparılan təhqiqat çərçivəsində inzibati məzuniyyətə göndərilib.

"AzPolitika" xəbər verir ki, "Associated Press" -ə danışan Pentaqon rəsmiləri, Caldvellin nazirlik binasından çıxarkən təhlükəsizlik qruplarının müşayiəti ilə aparıldığını bildiriblər.

Anonimlik şərti ilə danışan səlahiyyətlilər, bu addımın məxfi məlumatların sızdırılması ilə bağlı aparılan araşdırma əsasında atıldığını qeyd ediblər.

Xatırladaq ki, mart ayının sonunda "The Atlantic" nəşrinin baş redaktoru Ceffri Qoldberq təsadüfən mesencerdəki qapalı söhbətdə olduğunu və orada Heqsetin ölkənin vitse-prezidenti C.D.Vens, milli təhlükəsizlik üzrə müşavir Mayk Uolts və dövlət katibi Marko Rubio ilə Yəməndəki husi obyektlərinə zərbə endirmək planlarını müzakirə etdiyini bildirmişdi.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol