Ermənistanın Gümrü şəhərinin yeni seçilmiş meri Vardan Qukasyan Rusiya ilə Belarus modelinə bənzər “birlik dövləti” yaradılmasının tərəfdarı olduğunu bildirib.
“AzPolitika” xəbər verir ki, Ermənistan mətbuatının yazdığına görə, Qukasyan həmçinin Ermənistanın keçmiş prezidenti Robert Koçaryanla gələcəkdə mümkün əməkdaşlığı istisna etməyib.
Bundan öncə Vardan Qukasyan Ermənistanın ikinci böyük şəhəri Gümrünün meri seçilib. Onun namizədliyini üç müxalifət partiyası dəstəkləyib.
“AzPolitika.info”


Şərhlər
Əcəb münasibət deyilmi? Dövlət qonşusunu tam tanıyacaq operativ-referendum keçirmək cürətində deyil, hansısa Şəhəri digər dövlətə birləşmək və ya öz varidatları ilə həmin ölkəyə köçmə-niyyətli Referendum cürətindədirlər!?