Slovakiyanın Baş naziri Robert Fikonun Xorvatiyanın paytaxtı Zaqrebə rəsmi səfəri zamanı verdiyi açıqlamalar birmənalı qarşılanmayıb.
Belə ki, o, Avropa Birliyi rəsmilərinin xəbərdarlıqlarına baxmayaraq, Rusiyada 9 May Qələbə Günü ilə bağlı baş tutacaq mərasimə qatılacağını bildirib.
"Bizi kimin xilas etdiyini bilirik, bu, genetik yaddaşımızdadır. Qurtuluşun Şərqdən gəldiyini inkar edə bilmərik. Nasizmin məğlub edilməsində ən böyük töhfəni Sovet İttifaqı xalqı verdi", - deyə o, qeyd edib.
Fiko rəsmi səfər çərçivəsində İkinci Dünya Müharibəsində həyatını itirən Amerika və İngiltərə əsgərlərinin məzarlarını da ziyarət etdiyini qeyd edib.
"AzPolitika.info"


Şərhlər