Menu

ABŞ-də universitetdə atışma zamanı 5 nəfər ölüb, xəsarət alanlar var

17.04.2025, 23:02
ABŞ-də universitetdə atışma zamanı 5 nəfər ölüb, xəsarət alanlar var

ABŞ-nin Florida ştatının Tallahassi şəhərində yerləşən universitetinin kampusunda atışma baş verib. Tallahassi şəhərindəki universitetdə baş verən atışma nəticəsində 5 nəfər ölüb, daha 4 insan yaralanıb.

“Report” xəbər verir ki, bu barədə yerli WFTV telekanalı məlumat yayıb.

Məlumata görə, atəş açan iki şəxs olub, onlardan biri öldürülüb, ikincisi saxlanılıb. CNN və “Fox News” altı zərərçəkənin olduğunu bildirib.

Hadisənin səbəbi və yaralıların vəziyyəti barədə məlumat yoxdur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol