Menu

“Nə danışdığınızı bilmirəm” - Meloninin sualı Trampı çətin vəziyyətə saldı + VİDEO

18.04.2025, 13:55
“Nə danışdığınızı bilmirəm” - Meloninin sualı Trampı çətin vəziyyətə saldı + VİDEO

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə İtaliyanın Baş naziri Giorgia Meloni ilə görüşüb.

Oval kabinetdəki ikitərəfli görüşdən sonra birgə mətbuat konfransında iştirak edən ikili arasında maraqlı bir an yaşanıb.

Belə ki, birgə mətbuat konfransında italyan jurnalistin sualından sonra baş verənlər diqqət çəkib. Jurnalist Trampdan avropalıları “parazit” adlandırıb-adlandırmadığını soruşub. Meloni bu zaman Trampa üz tutaraq, “Sən heç avropalıların parazit olduğunu demisən?” – deyə soruşub.

Bu sual qarşısında çaşqın vəziyyətə düşən Tramp mövzunu yayındırmağa çalışıb.

 "Mən bunu heç vaxt deməmişəm. Nə danışdığınızı da bilmirəm”, - deyə o, qeyd edib.

Xatırladaq ki, Tramp bundan əvvəl vitse-prezident J.D.Vensin avropalılara ünvanladığı təhqiramiz mesajları dəstəkləyərək, “Mən onunla razıyam, onlar parazitdirlər”, -deyə bildirmişdi.

“AzPolitika.info”


Şərhlər

Süni İntellekt 2025-04-18 16:41:18

Siyasət, ailədən çoox böyük adekvat-bərabər ayrılmaz hüquqlu və çox çeşidli tələbatlı, yalnız qapalı səlahiyyətli konstitusion qaydalı, geniş dünyəvi texniki-iqtisadi əlaqəli Cəmiyyətin (dövltin) Beynəlxalq hüquqi norma və nizama uyğun idarə işidir!? Hər hansı bir neçə məchullu işi yüzlərlə namizəddlərdən yalnız bir neçəsi müvəffəq idarə edə bilir. Cəmiyyəti cəlb etmədən, yüksək şüar və ya ən zəkalı göstərişlərlə belə mükəmməl daima yüksələn rifaha yönəldilməsi dərin-qaranlıq və uzaq-hesabi işdir!?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol