Milli Məclisin sabiq deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı səhhəti ilə əlaqədar olaraq Türkiyəyə gedib.
Bu barədə İqtisadiyyat.az-a açıqlamasında partiya sədri özü deyib.
O, səhhətinin nəzarət altında olduğunu söyləyib: “Səhhətimlə ciddi məşğul olmağa çalışıram. Həkimlərlə məsləhətləşirəm və vaxtaşırı Türkiyədə oluram, müəyyən müayinələrdən keçirəm. Hazırda da Ankaradayam və səhhətim həkimlərimizin nəzarəti altındadır”.
F.Ağamalı hazırda nə işlə məşğul olduğu ilə bağlı suala gəlincə isə bildirib: “Yenə də siyasətdə varam və Ana Vətən Partiyasının sədri kimi fəaliyyətimi davam etdirirəm. Son dərəcə zəruri və əhəmiyyətli məsələlərə öz münasibətimi ifadə etməyə çalışıram. İndiki durum parlament dövrü ilə müqayisədə fərqlidir. Yəni parlament dövründə daha aktiv və daha dinamik bir siyasi fəaliyyət mövcud idi. İndi isə ancaq partiya müstəvisində və partiya platformasında fəaliyyətimi davam etdirirəm. Yenə də dövlətimizin və dövlətçiliyimizin, Ulu Öndər Heydər Əliyevin siyasi irsinin, onun dövlətçilik konsepsiyasının, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyein yanındayam, yəni fəaliyyətim bu istiqamətdə davam edir. Qalan zamanımda isə evdə oluram, istirahət etməyə çalışıram, gündəlik qayğılarla yaşayıram”.


Şərhlər
Ağamalı fəzailoviç,tůrkiyəyə niyə gedir ki,burda bəyəm gŏzəl həkimlərimiz,çox gŏzəl səhiyyəmiz yoxdurmu?yəqin baṣa důṣůr ki,bu məmləkəti sŏkənlər cərgəsində olub...
Ağamalı bəy, çox samballı, necə deyərlər, saf, şax adamdır...
Çox "ağır, üzücü" xəbər oldu, uzun illərin DEPUTATI, PARTİYA sədri, (özü də "ANA VƏTƏN" adlanan), görkəmli "ictimai-siyasi xadim", Milli Məclisdə "artığ-əskik" danışanlara qarşı kəskin mövqe tutan bir "şəxsiyyətin" sağlamlığ durumunun belə olmasına pəjmürdə-hal oldum...Allah onun başından bir tük əskik eləməsin...
Fəzail azərbaycanda niyə müalicə olunmur?Bir sürü uzmanlar var.niyə onlara etibar etmir? Yoxsa onları həkim hesab etmir?
Fəzail azərbaycanda niyə müalicə olunmur?Bir sürü uzmanlar var.niyə onlara etibar etmir? Yoxsa onları həkim hesab etmir?