Menu

İtkin düşən şəxsin meyiti çirkab su arxında tapılıb

19.04.2025, 09:42
İtkin düşən şəxsin meyiti çirkab su arxında tapılıb

İtkin düşən şəxsin meyiti çirkab su arxında tapılıb.

"Report" xəbər verir ki, hadisə Ucarın Rəstəcə kəndində qeydə alınıb.

Əvvəllər 2 dəfə infarkt keçirmiş, hadisə baş verənə qədər itkin düşmüş 1961-ci il təvəllüdlü Əliyev Ələkbər Salik oğlunun meyiti həmin kəndin ərazisindən keçən çirkab su arxında aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol