Menu

Ölkədə 402 min nəfər Prezident təqaüdü alır – Birinci rübdə əhaliyə 1,7 milyard manat pensiya ödənilib

19.04.2025, 14:05
Ölkədə 402 min nəfər Prezident təqaüdü alır – Birinci rübdə əhaliyə 1,7 milyard manat pensiya ödənilib

“Prezident cənab İlham Əliyevin tapşırıqları əsasında 2025-ci ilin əvvəlindən növbəti sosial islahat paketi reallaşdırılıb: minimum əməkhaqqının 16 faiz artımla 400 manata çatdırılması, müxtəlif sahələrdə əməkhaqqı artımları, pensiyaların indeksləşdirilərək artırılması, fevralın 1-dən isə minimum pensiyanın 14,3 faiz artımla 320 manata çatdırılması təmin edilib. Yeni sosial islahat paketi çərçivəsində müavinət və təqaüdlərdə də bu il növbəti artımlar ediləcək”.

“AzPolitika” xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən kollegiya iclasında məlumat verilib.

Nazir Anar Əliyev sosial ödənişlərin artırılması ilə yanaşı, sosial rifahda mühüm amil olan məşğulluğun təminatına yönələn proqramların getdikcə daha da genişləndirilməsinin, dövlət sosial xidmətlərində innovativ həllərin tətbiqinin davam etdirilməsinin əsas prioritetlərdən olduğunu bildirib.

İclasda Nazirliyin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin birinci rübdə proqnoza nisbətən 14 faiz və ya 249 milyon manat çox olmaqla 2 milyard 14 milyon manat, xərclərinin isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 10 faiz və ya 163 milyon manat artaraq 1 milyard 864 milyon manat təşkil etdiyi bildirilib.

Bu dövrdə pensiya ödənişlərinə ötən ilin müvafiq dövrü ilə müqayisədə 156 milyon manat və ya 10 faiz çox olmaqla 1 milyard 768 milyon manat vəsait yönəldildiyi, 475 min nəfərə müavinət olaraq 275 milyon manat, 402 min nəfərə isə Prezident təqaüdü olaraq 173 milyon manat ödənildiyi qeyd olunub.

“AzPolitika.info”

Şərhlər

Roma 2025-04-19 14:37:57

"...402 min nəfərə isə Prezident təqaüdü olaraq 173 milyon manat ödənildiyi qeyd olunub."...bu rəqəmi, necə başa düşək, 402 min nəfər Prezident təqaüdü alır???...bu qədər insan Prezident təqaüdü almasını anlamıram, Prezident təqaüdü 50-60 nəfərə və ya bir qədər də onnan çox ola bilər daha 402min nəfər olmaz..Bu rəqəm ümumi pensiyaçıların yəqin ki, 1/3-i ətrafinda edir, bu mümkün deyildir???

Nazim 2025-04-19 14:30:32

1 864000 manat nə çox da görünür,
Halbuki 300 manatdan 6000 adamın təqaüdüdür!!!!!!

Babək 2025-04-19 14:18:55

Elə minnət qoyursan ki, sanki pensiyaya ödənilən pulları babanın kasabasından götürüb verirsən. O pullar pensiyaçıların şəxsi pullarıdır. Sadəcə olaraq qanun o pulları toplayıb verib sənin əlinə payla pensiyaçılara və sən dəo pulların hesabına həm nazir olmusan və həm də ən çox bəhrələnən dizlərinizi. Bir sıra dövlətlərdə heç belə nazirliyə ehtiyac da yoxdur. Pul bir yerə yığılır və vaxtı gələndə texnologiya özü pensiyanı ödəyir. Vəssalam...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol