Menu

"ABŞ İran danışıqları tezliklə uğursuz olacaq” - KİV

21.04.2025, 11:38
"ABŞ İran danışıqları tezliklə uğursuz olacaq” - KİV

Tehran-Vaşinqton danışıqları tezliklə uğursuzluğa düçar olacaq.

"AzPolitika" xəbər verir ki, bunu adı açıqlanmayan ABŞ rəsmisi “Israel Hayom” nəşrinə müsahibəsində deyib.

Amerika rəsmisi Təl-Əvivin İran və ABŞ arasında nüvə danışıqlarında əldə edilən irəliləyişdən narahat olmamasını bildirib.

Onun sözlərinə görə, Donald Tramp İranın yaratdığı ciddi təhlükədən xəbərdardır.

“Tehran və Vaşinqton arasında danışıqların ikinci raundunda irəliləyiş əldə olunduğuna dair xəbərlərə baxmayaraq, bu müzakirələr ABŞ-nin tələblərinin tam şəkildə təqdim edilməsi ilə yaxın bir neçə həftədə uğursuz olacaq”, - deyə nəşr vurğulayıb. 

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol