Menu

Roma Papası öldü

21.04.2025, 12:19
Roma Papası öldü

Roma Papası Fransisk vəfat edib.

Bu barədə məlumatı Vatikan administrasiyasına istinadən “Reuters” yayıb.

Xatırladaq ki, Roma Papası fevralın əvvəlindən yerləşdirildiyi xəstəxanada ikitərəfli pnevmoniyadan və digər infeksiyalardan müalicə alırdı. Müalicə dövründə onun səhhəti bir neçə dəfə pisləşsə də, daha sonradan vəziyyətinin stabil olduğu bildirilmişdi. Bir neçə gün əvvəl isə Fransisk ictimaiyyət arasında görülmüşdü.

Onu da qeyd edək ki, 88 yaşlı Papa 2013-cü ilin martından bu vəzifədə idi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol