Yaxın günlərdə Türkiyə və ABŞ-nin ticarət nazirləri ABŞ-ın Ankaraya qarşı tətbiq etdiyi 10 faizlik tarifin ləğvi ilə bağlı danışıqlar aparacaq.
“AzPolitika” xəbər verir ki, bu barədə bu gün Ankarada Türkiyənin ticarət naziri Ömər Bolat bildirib.
Nazirin sözlərinə görə, “Türkiyə belə tariflərə layiq deyil”.
Bolat Türkiyənin Amerika tariflərindən yan keçmək üçün platformaya çevrilməyəcəyinə də söz verib.
Türkiyənin ticarət naziri deyib: “Biz Türkiyənin rəqib ölkələrin öz məhsullarını idxal etdiyi və saxladığı anbara çevrilməsinə icazə verməyəcəyik”.
“AzPolitika.info”


Şərhlər