Menu

Səftər Rəhimli bu akademiyaya prorektor gətirildi

21.04.2025, 16:56
Səftər Rəhimli bu akademiyaya prorektor gətirildi

Mədəniyyət Nazirliyi nəzdində Bakı Xoreoqrafiya Akademiyasına (BXA) yeni prorektor təyin edilib.

"Qaynarinfo"-nun verdiyi məlumata görə, Rəhimli Səftər Mikayıl oğlu sözügedən vəzifəyə təyinat alıb.

Səftər Rəhimli bundan əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sabiq sədri Mustafa Abbasbəylinin müşaviri olub. Mustafa Abbasbəyli Mədəniyyət Nazirliyinin Aparat rəhbəri təyin edildikdən sonra Səftər Rəhimli Dövlət Məşğulluq Agentliyində müşavir vəzifəsindən azad olunub.

Qeyd edək ki, Bakı Xoreoqrafiya Akademiyasının 4 ilə yaxındır rektoru yoxdur. Nailə Məmməd-Zadə 2022-ci ildən bugünə qədər akademiyanın tədris işləri üzrə prorektoru və rektor vəzifəsini müvəqqəti icra etməkdədir. 

Şərhlər

ƏNHU 2025-04-22 00:23:26

Axır ki, ölkədə bir tansor-xareoqraf tapıldı. Sabahdan "Qu quşu"nun yeni redaksiyada məşqlərinə başlanacaq." Əşşi yeni prorektor qırğın eləyəcək ee akademiyada. Adam dünya baletşünaslarını fitrəti ilə heyrətə gətirəcək.

Mahir 2025-04-21 18:22:35

Necə də uyğun gəlir. Lap dəvənin beli kimi. Sosial müdaviədən xoreoqrafiyaya həm də Akademiyasına(!!!!!!) prorektor(????!!!) Əcaba ƏSMN-ində xoreoqrafiyaya aid nəsə şöbəmi, sektormu var ki, bu adam orda hazırlıq keçib bura göndərilib. Elə idisə onda Sahil Babayev niyə Maliyyə Naziri olurdu? Olardı mədəniyyət naziri və ya ən azı opera balet teatırının ya da musiqi akademiyasının rəhbəri də....

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol