Menu

Hövsanda evdə partlayış olub - Ölən və xəsarət alan var

22.04.2025, 09:29
Hövsanda evdə partlayış olub - Ölən və xəsarət alan var

Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsində evdə partlayış olub.

"Report" xəbər verir ki, hadisə Bağlar massivində fərdi evdə qeydə alınıb.

Nəticədə evdə olan Elvin Məmmədov ölüb, Nihad Əşrəfov isə müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol