Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti Astara şəhərində kanalizasiya sisteminin yaradılmasına hazırlaşır.
"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, qurum bununla bağlı tender elan edib.
Elanda deyilir ki, işlərin ehtimal olunan qiyməti 65 milyon 221 min manatdır.
Tenderə qatılmaq istəyən şirkətləri bunun üçün 9,8 min manat iştirak haqqı ödəməlidir, təkliflərini iyunun 12-nə qədər kimi təqdim etməlidirlər. Təkliflərə həmin gün saat 15:00-da baxılacaq.


Şərhlər
Zərdab ən kanalizasiyası ən tikintisinə 50 milyon manatdan çox vəsait xərcləndi. Sonra da üstünü torpaqla örtüb getdilər və heç bir gün də işləmədi.Arada əvvəlki kanalizasiya xətti və şəhərin asfalt yolları bütünlüklə dağıldi və onu düzəltmək üçün isə əlavə milyonlar və on il vaxt lazım oldu.