“Hindistanla razılığa gələ bilməsək, bu, bəşəriyyət üçün qaranlıq bir dövr olacaq”.
“AzPolitika” xəbər verir ki, bunu ABŞ vitse-prezidenti J.D.Vens Hindistana səfəri zamanı bildirib.
O, qeyd edib ki, Hindistan və Amerika uğurlu əməkdaşlıq edərsə, 21-ci əsr firavanlıq və sülh əsri olacaq.
Vens həmçinin Hindistanın Baş naziri Narendra Modini tərifləyib, onun güclü lider olduğunu vurğulayıb.
“Baş nazir Modi sərt bazarlıq edən şəxsdir. O, asanlıqla təslim olmayacaq”, - Vens deyib.
“AzPolitika.info”


Şərhlər