Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə yeni sədr təyin olunub.
Belə ki, Əmək və əhalinin sosial müdafiəsi nazirinin əmri ilə bu vəzifəyə Ramin Alik oğlu Rzayev gətirilib.
Ramin Rzayev bu təyinata qədər idarə heyətinin sədr müavini vəzifəsində çalışıb.
Qeyd edək ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sabiq sədri Anar Bayramov bu ayın 17-də Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin edilib. (Bakupost.az)
"AzPolitika" xəbər verir ki, Ramin Rzayev 1977-ci ildə anadan olub. 2000-ci ildə Türkiyə Respublikasının Ankara Universitetinin Hüquq fakültəsinin bakalavr pilləsini bitirib.
2003-2018-ci illərdə Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətinin tabeliyində “Mərkəzi Klinika” MMC-nin Hüquq şöbəsinin müdiri, Təftiş Departamentinin sədri, 2019-2021-ci illərdə “Azeract Consulting” MMC-nin direktoru vəzifələrində çalışıb.
2021-ci ildən hazırkı vəzifəsinə qədər Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədr müavini işləyib.


Şərhlər
Salam məm babayeva xəyalə kamal qızı Anar Əliyev nazirimizdən xayiş edirem mene kömey edin dağınıq sklerozz xəsdəsiyem 2 ildir məni surundurulər yene senetlərimə natamam deyib qaytarıblar xayiş edirem mene kömey edin son umudum sizsiniz Anar məlim imkanım yoxdu rədermanlarımı alım kömey edin əleliyimi alım bərpa əlelər mərkəzinə gedirem olarda deyir bizə tapşırılıb vermilər
A
Cənab Nazir ! Rəhbərlik etdiyiniz nazirlikdə vətəndaşlartın şikayətinə baxılmır desəm yerinə düşər. Bir neçə dəfə sixzə müraciət edərək məni qəbu etməyinizi xahiş etmişəm, müraciətim cavabsız qalıb. Sonra dəfələrlə DSMF-nun rəhbərliyinə müraciət edərək qəbul etməsini xahiş etmişəm, mümkün olmayıb... XI-1977- ci il tartixdən 01.01.2016-cı i tarixə kimi Əmək stajım olmasına baxmayaraq OPensiya təminatlı Departamentinin müdiri eyvaz İsmayılov tərəfindən 16.01-2024-cü il tarixdə mənə 301 manat pensiya təyin edibdir. Dəfələrlə müraciət edərək pensiyamın düzgün təyin olunmasını xahiş etməyimə baxmayaraq Eyvaz İsmayılov tərəfindən əhəmiyyət verilməmişdir. Sizdən xahiş edirəm, həmin departamentdə köklü kadr islahatarının aparılmasını təmin edəsiniz.