Menu

Aİ-nin ali nümayəndəsi Bakıya gələcək

22.04.2025, 21:55

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas aprelin 25-də Bakıya səfər edəcək.

"Report"un xəbərinə görə, bu barədə Aİ-nin rəsmi saytında yerləşdirilən məlumatda deyilir.

Qeyd olunub ki, o, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək.

Kallas xarici işlər naziri Ceyhun Bayramovla da görüşəcək. Görüşdən sonra mətbuat konfransı keçiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol