Rusiya prezidenti Vladimir Putin özü ABŞ-a hazırkı cəbhə xəttində Ukrayna münaqişəsini dayandırmağı təklif edib.
"AzPolitika" xəbər verir ki, bu barədə “Financial Times” üç mənbəyə istinadən məlumat yayıb.
Bildirilib ki, Putin bu barədə Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffa Sankt-Peterburqda görüş zamanı deyib. Mənbənin sözlərinə görə, Putinin təklifinə əsasən, Rusiya hələ də rus ordusunun nəzarəti altına alınmamış Donetsk, Luqansk, Xerson və Zaporojya vilayətlərinin ərazilərindən imtina etməyə hazırdır.
Qəzet qeyd edir ki, təklif xüsusi hərbi əməliyyatın başlanmasından bəri Moskvanın maksimalist tələblərindən geri çəkilə biləcəyinin ilk rəsmi işarəsidir.
"AzPolitika.info"


Şərhlər
Bəli, Marksla Engelsin utop A.Ədalətli insani münasibətlərinin V.İ.Ulyanov-Sosializm reallığı tarixi, B.Eləcə SSRİ xalqlarının Avropa və qalan dünyanı Hərbi Faşizmdən azad etmə şanlı tarixləri silinib, yeni-saxta Kreml, yəni Müharibələr Canisi kimi tarixə *şumlanmaqdadır*?
Putin Trampı dolaşmaqdadır. Onun bu ərazilərdən çəkilməsi fikri absurddur. Çünki tarixən usiyada məğlub Çar ölümə məhkumdur....Belə təkliflərlə Putin özünü sülhsevər göstərmək və Zelenskini Tramplin gözündən salmaq fikrindədir.