Menu

"Müsbət cavab almasaq, ABŞ vasitəçilikdən imtina edəcək" - Vens Rusiya və Ukraynaya xəbərdarlıq etdi

23.04.2025, 12:47
"Müsbət cavab almasaq, ABŞ vasitəçilikdən imtina edəcək" - Vens Rusiya və Ukraynaya xəbərdarlıq etdi

"Əgər sülh planımıza müsbət cavab almasaq, ABŞ vasitəçilikdən imtina edəcək".

Bunu ABŞ vitse-prezidenti J.D Vens bildirib.

O, qeyd edib ki, Tramp administrasiyası həm Ukraynaya, həm də Rusiyaya "aydın və ədalətli" təkliflər irəli sürüb.

 "Ukrayna və Rusiya yeni münaqişə xətləri çəkəcək. Bu isə hər iki tərəfin hazırda nəzarət etdiyi bəzi ərazilərdən imtina etməsi anlamına gəlir", - Vens qeyd edib.

O, ABŞ-nin Rusiya və Ukraynaya sülh sazişi istiqamətində irəliləmək üçün “çox aydın təklif” verdiyini vurğulayıb və əlavə edib: “İndi onlar ya ‘bəli’ deməlidirlər, ya da ABŞ bu prosesdən çəkilməlidir”.

Vens qeyd edib ki, sülhə nail olmaq üçün “bəzi ərazi dəyişiklikləri” qaçılmazdır və bu yeni sərhəd, ehtimal ki, hazırkı cəbhə xətti ola bilər.

“Səbəbsiz qan tökülməsini dayandırmaq üçün hər iki tərəf silahları yerə qoymalı, vəziyyəti dondurmalı və daha yaxşı bir Rusiya və Ukrayna qurmağa başlamalıdır,” – deyə o əlavə edib.

"AzPolitika.info"

Şərhlər

Kolxoz Əhmədi 2025-04-23 13:15:32

Hansısa ölkəni işğalla olan imkanlarını da hərbi-vəhşiliklə faciə və məhrumiyyətlərə uğradılmasına əlavə işğal Cinayətkarına üstəlik *Sülh bəxşiş-mükafatları* da? Elə isə, BMT və TŞnın Beynəlxalq Münasibət Prinsipləri, ya Memorandumu-nizamı nəyə gərəkmi, ya zakonom Junqli əvəzlənibmiş?

Eli 2025-04-23 13:06:19

Allah Ulu Hüseyn Cavide rehmet eylesin ,o "İblis" eserinde bu siyaset adamkarını çox mükemmel tesvir edib.Demeli Putini teleye salıb iki qardaş Xalqı bir burine qirdırıb onkarı qan düşmeni eden İblis ABŞ ve Avropa olub .İndi günasuz 100 minlerle insanının mehvine sebeb olan esas ABŞ artıq "Sülh Göyerçini" rolunda olmaqla qazanacaqları milliardları resllığa çevirmekle meşğuldur ve buna nail olacaü.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol