Menu

Baş nazir kimlərin maaşını və neçə faiz artırdı? – DEPUTAT AÇIQLADI

23.04.2025, 20:37
Baş nazir kimlərin maaşını və neçə faiz artırdı? – DEPUTAT AÇIQLADI

Nazirlər Kabineti bir sıra dövlət qurumlarında çalışan və əmək haqqları dövlət büdcəsindən ödənilən işçilərin vəzifə maaşlarının məbləğlərini yeni redaksiyada təsdiq edib. Bu o deməkdir ki, həmin vətəndaşlarımızın maaşları artırılmış məbləğlər ilə təsdiqlənib.

Baş nazirin bu qərarları “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Prezidentinin Sərəncamına əsasən imzalanıb. Belə ki, həmin sənədə əsasən, Nazirlər Kabinetinin aktları ilə müəyyən olunmuş dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarının məbləğlərinin həmin sənədin 1-ci hissəsinə uyğunlaşdırılması təmin edilməli idi. Sərəncamın birinci hissəsi isə minimum əmək haqqının artırılması ilə bağlı idi. Bu o deməkdir ki, minimum əmək haqqında artıma uyğun olaraq baş nazir sözügedən işçilərin maaşlarını artırıb.

İqtisadçı deputat Vüqar Bayramov bildirir ki, Baş nazirin imzaladığı sənədlərə əsasən, Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin hərbi qulluqçularının və eləcə də dövlət qulluqçusu olmayan mülki işçilərinin, Dövlət Gömrük Komitəsinin dövlət büdcəsindən maliyyələşdirilən xüsusi rütbəsi olan əməkdaşlarının, Dövlət Vergi Xidmətinin Aparatı, strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyindəki qurumlar üzrə xidmət heyətinin aylıq vəzifə maaşlar yeni, artırılmış redaksiyada verilib.

Artımların neçə faiz olmasına gəldikdə, iqtisadçı xatırladıb ki, bu ildən minimum əmək haqqının 16 faiz yüksəlsə də, Nazirlər Kabineti vəzifə maaşlarını diferensial artırıb. “Yəni, tarif cədvəli üzrə daha az maaş alanlarında daha çox, yüksək əmək haqqısı olanlarda isə nisbətən az faiz artımlara gedilib. Bununla belə, vahid tarif cədvəlinə uyğun olaraq bütün pillələr üzrə artımlar reallaşıb”, - o əlavə edib.

“AzPolitika.info”

Şərhlər

B.Kolxozdar 2025-04-23 17:21:12

Cənablar, bütün ölkələrdə dövlətlər Əmək Haqqını, məvacibini, ya maaşını işinə, əmək yerinə, ətrafına, yerləşdiyi təbii mühitinə (dağlıq, aran, isti, soyuq, ağır, yüngül, çox, azsaylı, zamanla, sayla və s). ŞƏRAİTİNƏ uyğun saatlıq əmsallarla dəyişən tarif dərəcələri üzrə müəyən ediblər! Bəlkə də 0 dan 19a qədər həmin tariflər ərazilərə ədalətlə tətbiq edilsəydi, süni Abşeron+Bakı tıxacları yaranmazdı? Yeni rüb, ya ilə minumum göstərici əmsallarla öz yeni qiymətlərinə dəyişir, vəssalam! Minlərlə qapılar döyülüb, anlaşılmaz iddialar baş vermir, boşuna (baş ağrısı) zaman da sərf edilmi?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol