Menu

Ruslar yeni hücuma hazırlaşır – 9 mayadək bu əraziləri tutmaq istəyirlər

23.04.2025, 15:48
Ruslar yeni hücuma hazırlaşır – 9 mayadək bu əraziləri tutmaq istəyirlər

Rusiya qoşunları mayın 9-dək Donetsk və Dnepropetrovsk vilayətlərinin inzibati sərhədinə çatmaq istəyirlər və bu cəhdlərindən əl çəkmirlər.

Bu barədə “Uqledar” taktiki qrupunun əldə etdiyi məlumata görə, Rusiya qoşunları Donbassın cənubunda böyük hücuma hazırlaşır. Ruslar bu səbəbdən canlı qüvvə və texnika toplamağa başlayıblar.

“Aprelin 16-22-də düşmən Uqledar taktiki qrupunun cavabdeh olduğu ərazidə hücum hərəkətlərinin sayını əhəmiyyətli dərəcədə azaldıb - keçən həftə 158 hücuma qarşı 106 hücum qeydə alınıb”, - məlumatda deyilir.

Hərbçilərin məlumatına görə, ruslar Ukrayna mövqeləri üzərində PUA-nın kəşfiyyat uçuşlarının sayını 3 dəfə, artilleriya hücumlarının və idarə olunan aviasiya bombalarından istifadənin sayını 2,5 dəfə artırıb.

“AzPolitika.info”

Şərhlər

Vüqar 2025-04-23 16:12:36

Ruslar çox şey istəyə bilərlər ,onlar müharibəni bilirsiz niyə saxlamaq istəmirlər? Çünki ruslar müharibədə həqiqətən məhv edilən insanların dəqiq sayını biləndə vətəndaşlarınin çoxunun təəccübdən gözləri bərələ qalacaq!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol