Menu

İstanbulda zəlzələ nəticəsində 150-dən çox insan xəsarət alıb

23.04.2025, 17:13
İstanbulda zəlzələ nəticəsində 150-dən çox insan xəsarət alıb

İstanbulda zəlzələ nəticəsində 151 nəfər xəsarət alıb.

“Report” xəbər verir ki, bu barədə hakimiyyət orqanları məlumat yayıb.

Bildirilib ki, onlara lazımi tibbi yardım göstərilir.

"Təşviş nəticəsində hündürlükdən tullanaraq xəsarət alan 151 vətəndaşın müalicəsi davam edir. Onların həyatı üçün heç bir təhlükə yoxdur. İnsan tələfatı və dağıntı qeydə alınmayıb. Fatih rayonunda tərk edilmiş bina çöküb", - məlumatda bildirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol