Menu

Ötən gün vətəndaşların bank kartlarından 20 min manatdan çox pul oğurlanıb

24.04.2025, 10:02
Ötən gün vətəndaşların bank kartlarından 20 min manatdan çox pul oğurlanıb

Vətəndaşların bank kartlarından aprelin 23-də 20 min 332 manat oğurlanıb.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, vətəndaşların bank kartlarından oğurluqlar davam edir:

"Kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır. Bu məlumatların naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar. Aprelin 23-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 9920, 1800, 1411, 1390, 1255, 924, 658, 500, 498, 485, 400, 240, 220, 125, 100, 100, 100, 86, 70, 50 manat pul vəsaitləri bank kartlarından oğurlanıb".

Məlumatda qeyd olunub ki, vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. 

Şərhlər

VƏTƏNDAŞ 2025-04-24 10:21:29

Niyə bu oğurluqların hansı bankın kartlarından edildiyi açıqlanmır?Bu məsələdə Bankların məsuliyyəti (əmanətlərin qorunması ) niyə xatırladılmır?Bu boşluqlar niyə yaradılıb və niyə qarşısı alınmaq üçün nəticə verəcək ölçü götürülmür?Belə oğurluq halları bank sahəsində səhənkarlığın nəticəsi deyil?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol