Ukraynaya genişmiqyaslı gecə hücumları fonunda Prezident Volodimir Zelenski Cənubi Afrikaya planlaşdırılan səfərini ləğv edərək təcili Kiyevə qayıdıb.
“Ukraynanın tam atəşkəs və zərbələrə razılıq verməsindən 44 gün keçir. Bu, ABŞ-nin təklifi idi. Rusiya 44 gündür ki, sərt təzyiq və məsuliyyətdən yayınaraq insanları öldürməyə davam edir”, - Zelenski bildirib.
Ötən gecə Rusiya qüvvələrinin endirdiyi zərbələr nəticəsində azı 9 nəfər ölüb, 70-dən çox insan yaralanıb. Paytaxt Kiyevə və Ukraynanın digər yaşayış məntəqələrinə pilotsuz təyyarələr və raketlər atılıb.
Kütləvi hücum atəşkəsin mümkün şərtləri ilə bağlı fəal müzakirələrə paralel olaraq baş verib.
“AzPolitika.info”


Şərhlər