Menu

Bakıda üç avtomobil yanıb

24.04.2025, 15:45

Bakı şəhərinin Nəsimi rayonunda “Mercedes” markalı minik avtomobilinin mühərrik hissəsi və idarəetmə lövhəsi, "Chevrolet" markalı minik avtomobilinin ön farası və güzgüsü yanıb.

APA xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

Yüksək temperaturdan yaxınlıqdakı “Toyota” markalı minik avtomobilinin ön qapısı qismən qarsalanıb. Yol kənarındakı kommunikasiya xətləri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol