Ukraynada həqiqi soyqırım həyata keçirən Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ermənilərin qondarma “soyqırım” şüvəni ilə bağlı açıqlama verib.
O, hətta ermənilərin belə yalan olduğunu etiraf etdiyi “erməni soyqırımı”nı Rusiyanın öz kədəri kimi qəbul etdiyini bildirib.
“AzPolitika” xəbər verir ki, Mariya Zaxarova hətta həyasıcasına erməniləri rusların “xilas” etdiyini iddia edib:"1915-ci ildə II Nikolayın əmri ilə Rusiya -Türkiyə sərhədini açan Rusiya İmperator Ordusu nə az, nə çox, 350 min ermənini xilas edib".
Ukraynada hər gün körpə uşaqları belə öldürməkdən çəkinməyən bir zehniyyəti təmsil edən Zaxarova Moskvanın “soyqırımı” ilk rəsmi tanıyanlardan biri olduğunu bildirib. Ancaq Rusiyanın bundakı əsl məqsədini təbii ki, etiraf etməyib.
Zaxarova həmçinin qeyd edib ki, aprelin 24-də Rusiyanın bir çox şəhərlərində “anım tədbirləri” keçirilir.
“AzPolitika.info”


Şərhlər