Rusiya Ukraynanı atəşə tutmağı dayandırmalıdır ki, bununla da atəşkəs istəyini nümayiş etdirsin.
“AzPolitika” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Cənubi Afrika Prezidenti Siril Ramafosa ilə birgə mətbuat konfransında deyib.
O qeyd edib ki, Rusiya atəşkəsə hazır olduğunu bəyan edirsə, o zaman Ukraynaya kütləvi zərbələri dayandırmalıdır. ABŞ admninistrasiyasının Kiyevə qarşı təzyiqlərinə və Trampın səbrinin tükənməsi barədə bəyanatlara eyham vuran Zelenskinin sözlərinə görə, ilk növbədə ukraynalıların səbri tükənə bilər.
O vurğulayıb ki, Rusiya raketlərinin hücumuna məruz qalan məhz ukraynalılardır: "Kiminsə içində nə olduğunu bilmirəm, amma məhz ukraynalıların səbri dözməyəcək. Başa düşürsünüz? Çünki hücuma məruz qalan bizik. Bunu heç kimə arzulamazdım, amma Rusiya raketlərinin hücumu altında qalan bizik”.
Zelenski əlavə edib ki, dünən Londonda tərəfdaşlarla görüş zamanı bir nömrəli sual müharibəni necə bitirmək və Putini necə dayandırmaq olub.
“AzPolitika.info”


Şərhlər