Menu

“Terrorçularla eyni masada oturmağımız böyük güzəştdir” - Zelenski

24.04.2025, 17:22
“Terrorçularla eyni masada oturmağımız böyük güzəştdir” - Zelenski

"Hesab edirəm ki, bizə hücum edilib, ərazimiz işğal edilib - minlərlə, on minlərlə insan öldürülüb. Çoxlu uşaq və böyüklər diri-diri basdırılıb. Və Ukraynanın atəşkəsdən sonra bütün bunları bizim torpaqlarımızda, sırf bizim torpaqlarımızda törədən terrorçularla danışıqlar masası arxasına əyləşməyə hazır olması faktı böyük güzəştdir”.

“AzPolitika” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski CAR Prezidenti ilə görüşdən sonrakı mətbuat konfransında deyib.

Eyni zamanda, onun sözlərinə görə, Ukrayna bu müharibənin davam etməsini istəmir. Ona görə də ilk addım atəşkəs olmalıdır: "Bütün təşəbbüslər vacibdir. Fərqli təşəbbüslər ola bilər, lakin bununla belə, bu və ya digər sülh təşəbbüsünü irəli sürən liderlərin hər biri tam, qeyd-şərtsiz atəşkəsdən başlayır. Rusiya Federasiyasından başqa hamı bununla razılaşır".

Prezidentin dediyi ikinci addım Rusiya tərəfindən qaçırılan uşaqların Ukraynaya qaytarılmasının zəruriliyi olub: "Bu, qırmızı xəttdir - uşaqları unutmamaq. Bəli, biz vətəndaşlarımızı unutmayacağıq. Biz bundan imtina etmək istəmirik və bu, qırmızı xəttdir. Bu kimə mane olur? Bunda düz olmayan nə var?”

Həmçinin, Ukrayna “hamı hamı ilə” formulu əsasında əsirləri mübadilə etmək, hərbi qulluqçuları, mülki şəxsləri, jurnalistləri, uşaqları geri qaytarmaq istəyir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol