Menu

Trampın xüsusi nümayəndəsinin təyyarəsi Rusiya aeroportuna eniş edib

25.04.2025, 12:23
Trampın xüsusi nümayəndəsinin təyyarəsi Rusiya aeroportuna eniş edib

Latviyadan Rusiyanın hava məkanına daxil olan ABŞ təyyarəsi “Vnukovo” hava limanına enib.

“Report” TASS-a istinadən xəbər verib ki, bu barədə aviadispetçer dairələrindəki mənbə bildirib.

"Təyyarə Vnukovoda enib", - o qeyd edib.

Mənbə təyyarənin Rusiyaya hansı məqsədlə gəldiyini dəqiqləşdirməyib. Ölkələr arasında müntəzəm hava əlaqəsi yoxdur.

Daha əvvəl bildirilmişdi ki, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff aprelin 25-də Rusiyada Prezident Vladimir Putinlə görüşə bilər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol