Menu

ABŞ kəşfiyyatının direktor müavininin oğlu Ukraynada öldürülüb - FOTO

25.04.2025, 17:55
ABŞ kəşfiyyatının direktor müavininin oğlu Ukraynada öldürülüb - FOTO

ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsinin yüksək rütbəli məmurunun oğlu Rusiya-Ukrayna savaşında həlak olub.

Xarici KİV-də yer alan məlumata görə, MKİ-nin rəqəmsal innovasiyalar üzrə direktor müavini Yulianne Qallina Qlossun oğlu 21 yaşlı Maykl Aleksandr Qloss 2023-cü ildə Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzaladıqdan sonra ordu sıralarına qatılıb.

Onun Donetskdə gedən döyüşlərdə həlak olduğu bildirilir.

Məlumata görə, Maykl Gloss Rusiya tərəfində döyüşən 1500-dən çox əcnəbidən yalnız biridir. Sənədlərdə ABŞ və Aİ ölkələri də daxil olmaqla 48 ölkədən muzdluların Rusiya Silahlı Qüvvələri ilə müqavilə imzaladıqları üzə çıxıb.

“AzPolitika.info”


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol